- Cəmiyyət

Pentaqon: “Rusiya döyüş gücünün 95%-ni Ukraynaya göndərib”

Rusiya Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ümumilikdə 600 raket atıb və toplanmış döyüş gücünün, təxminən, 95%-ni Ukrayna ərazisinə yönəldib.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.

Adı açıqlanmayan məmurun sözlərinə görə, ABŞ bazar günü Xerson və Nikolayevdə davam edən döyüşləri izləyib, Rusiya qoşunları isə hələ də Kiyev, Çerniqov və Mariupolu mühasirəyə almağa çalışır.