- Cəmiyyət

Pentaqon Ukrayna F-16-sının öz HHM sistemi ilə vurulması ilə bağlı xəbərlərə cavab verib

Pentaqon Ukrayna Silahlı Qüvvələrinə məxsus F-16-nın Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu təsdiqləməyib.

APA xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq “Associated Press“in “YouTube” kanalında yayımlanan brifinq zamanı baş verənlərdən danışıb.

Sinq sözügedən iddialarla bağlı jurnalistlərin suallarına “Mən bu məlumatı təsdiqləməyə hazır deyiləm” deyə cavab verib.

Sinq həmçinin Kiyevin sərəncamında neçə F-16 qırıcısının olması sualına da cavab verməyib.