- Cəmiyyət

Peskov Donbasa gedib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Donbasa səfər edib.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko bildirib.

“Dünən axşam Luqanskdan qayıdan Dmitri Sergeyeviç Peskova təşəkkür etmək istərdim”, – o deyib.

Rusiya Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, Peskov tanınmamış, separatçı “LXR” və “DXR”in media və mətbuat xidmətinin əməkdaşlarına təlim keçib.