- Mədəniyyət

“Piter Pen: Yoxlandiyaya səyahət” tamaşası Kukla Teatrının səhnəsində

İyunun 17-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Piter Pen: Yoxlandiyaya səyahət” adlı tamaşa nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, tamaşa məşhur isveç nasir-dramaturqu, Nobel mükafatı laureatı Ceyms Barrinin “Piter Pen” pyesi əsasında hazırlanıb.

Balacaların bədii və cizgi filmlərindən tanıyıb sevdiyi bu sehrli qəhrəman və dostlarının sərgüzəştlərinin səhnə həlli teatrın quruluşçu rejissor Anar Məmmədova məxsusdur.