Polşa Silahlı Qüvvələri şərq sərhədlərində, o cümlədən Rusiya və Belarusla sərhəddə hava hücumundan müdafiənin gücləndirilməsi məqsədilə avqustun 1-dən “Şərq şəfəq” əməliyyatına başlayacaq.
“Report” xəbər verir ki, bu barədə Polşa ordusunun rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Əməliyyatın məqsədinin ölkənin hava məkanını qanunsuz pozan obyektlərdən qorumaq olduğu bildirilir.
Polşa Silahlı Qüvvələrinin məlumatına görə, əməliyyat zonasına şərq və şimal-şərq sərhədləri daxildir.
Bundan əlavə, Polşa hakimiyyəti Rusiya və Belarusla sərhəddə müdafiə istehkam xəttinin tikintisinə başlamağı planlaşdırır.