- Cəmiyyət

Polşa Belarusla sərhədini tamamilə bağlaya bilər

Polşanın daxili işlər və administrasiya nazirinin müavini Maçey Vonsik Belarusla sərhədin tamamilə bağlanacağı ssenarisini istisna etməyib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, o, bu barədə Polşanın İctimai radiosunun efirində bildirib.

“Polşa müxtəlif vəziyyətlərə hazırdır və mən Belarusla sərhəddə nəqliyyatın olmayacağını istisna etməzdim. Biz hazırıq və diqqətimizi gələcək fəaliyyətlərə yönəltmişik, eyni zamanda Belarus tərəfinin özünü necə aparacağını izləyəcəyik. Müəyyən siqnallar gözləyirik”, – o deyib.

Polşa fevralın 10-dan Belarusla sərhəddə Bobrovniki-Berestovitsa sərhəd-keçid məntəqəsinin işini qeyri-müəyyən müddətə dayandırıb. İndi Polşa-Belarus sərhədində iki keçid məntəqəsi var: biri yük (Kozloviçi-Kukuryki), digəri avtomobil (Brest-Terespol) nəqliyyatı üçün.

Fevralın 21-dən etibarən Aİ-nin üzvü olan Avropa Azad Ticarət Assosiasiyasında (EFTA) qeydiyyatda olanlar istisna olmaqla, Polşanın Kukuryki sərhəd-keçid məntəqəsində yük avtomobillərinin hərəkəti məhdudlaşdırılıb.