Rusiya Ukrayna ilə danışıqların növbəti mərhələsini İstanbulda keçirməyə hazırdır və bu məsələdə göstərdiyi köməyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdardır.
“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya lideri Vladimir Putin Belarusun paytaxtı Minskə səfərinin yekunu üzrə jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi daha üç min həlak olmuş hərbçinin meyitini Ukraynaya təhvil verməyə hazırdır.
“Rusiya və Ukrayna mübadilələr başa çatdıqdan sonra təmasları davam etdirəcək”, – deyə Putin iki ölkənin danışıqlar qruplarının rəhbərlərinin daim qarşılıqlı əlaqədə olduqlarını və bir-birlərinə zəng etdiklərini bildirib.