- Cəmiyyət

Putin Ukraynada qələbə üçün yeni müddətlər təyin edib – Geraşenko

Putin üç günə Ukraynanı ələ keçirəcəyini gözləyirdi. Bunu Qərb hərbi ekspertləri də, düşmənlərin sənədləri də, əsir düşən rusların dedikləri  də təsdiqləyib. Lakin Rusiya Federasiyası Prezidentinin planları Ukrayna Silahlı Qüvvələrinin cəsarətli və peşəkar müdafiəsi qarşısında iflasa uğradı.
İndi Putin Rusiya ordusunun komandanlığına qələbə üçün yeni şərtlər qoyub. Rusiya Federasiyasının başçısı aprelin 21-dən mayın 7-dək qarşıya qoyulan məqsədlərə nail olmağı əmr edib.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bu barədə öz “Telegram” kanalında məlumat paylaşıb.