- Cəmiyyət, Manşet

“Putinin qəddarlığının həddi-hüdudu yoxdur”, – Almaniyanın xarici işlər naziri

Almaniyanın xarici işlər naziri Annalena Burbok Buçadakı qırğınlarla bağlı xəbərlərdən sonra yeni anti-Rusiya sanksiyaları elan edib.

“Buçadan fotolara baxmaq mümkün deyil, qorxuncdur. Putinin qəddarlığının həddi-hüdudu yoxdur, o, bütün günahsız ailələri məhv edir. Müharibə cinayətlərinə görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır. Biz Rusiya Federasiyasına qarşı sanksiyaları daha da sərtləşdirəcəyik və Ukraynanın müdafiəni dəstəkləməyə davam edəcəyik”, –  Burbok Twitter-də yazıb.