G7 Zirvə toplantısından sonra yayımlanan birgə bəyanatda, Qəzzada getdikcə pisləşən humanitar böhrana həll yolu tapmaq və mülki itkiləri minimuma endirmək üçün daha təcili tədbirlərin görülməsi lazım olduğu bildirilib.
525.az xəbər verir ki, G7 2023 Dövrünün Sədri Yaponiyanın ev sahibliyi etdiyi G7 liderlərinin onlayn sammitində Qəzza zolağı və Rusiya-Ukrayna böhranı da daxil olmaqla cari məsələlər müzakirə edilib.
Sammitin sonunda dərc edilən birgə bəyanatda, Qəzzada pisləşən humanitar böhrana həll yolu tapmaq və mülki itkiləri minimuma endirmək üçün daha təcili addımların atılmasına ehtiyac olduğu bildirilib.
Qeyd edək ki, HƏMAS ilkin şərt olmadan bütün girovları dərhal azad etməyə çağırılıb.