- Mədəniyyət

“Qağayı” tamaşası yenidən səhnədə

Martın 3-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dahi rus klassiki A.Çexovun “Qağayı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa növbəti dəfə nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyevdir. Xoreoqrafik həll Nailə Məmmədzadəyə, musiqi tərtibatı Şamxal Novruzluya, fəndlərin quruluşu İsa Əsədova aiddir.

Tamaşada tənhalıq, təzadlar, tərəddüdlər içərisində qalmış insanın problemi qabardılıb.