Qahirədə Britaniya Beynəlxalq məktəbində 30-dan çox ölkənin təmsilçilərinin iştirakı ilə mədəniyyət tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya, Misir, ABŞ, İtaliya, Braziliya, Niderland, İspaniya, Rusiya, Cənubi Koreya, Malayziya, İndoneziya, Azərbaycan və digər dövlətlərin guşələri qurulub. Şagirdlər, onların ailə üzvləri və müəllimlər milli geyimlərdə qonaqlara ölkələrinin mədəni zənginliyini, adət-ənənələrini, milli mətbəxlərini təqdim ediblər.
Azərbaycanın Qahirədəki səfirliyinin dəstəyi ilə hazırlanmış guşədə qonaqlar məşhur təamlarımızın dadına baxıb, Azərbaycan çayı ilə şirniyyatlara qonaq ediliblər. Təqdim olunan suvenirlər uşaqların böyük marağına səbəb olub.