Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının əməkdaşları 246 nömrəli tam orta məktəbdə “Qarabağ Azərbaycandır” adlı tədbir keçirib.
İdarədən bildirilib ki, əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məktəbin müəllimi Pərvanə Absalamova şagirdlərə Cəbrayıl rayonunun azad olunma tarixindən söhbət açıb. Daha sonra məktəbin şagirdləri vətən haqqında şeirlər söyləyiblər.
Kitabxananın müdiri Arzu Xudayarova isə şagirdlərə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbəmiz haqqında məlumat verib. (azertag)