- Cəmiyyət

“Qarabağ futbol klubu” sənədli filminin istehsalına başlanılıb

“Salnaməfilm” studiyasında “Qarabağ futbol klubu” adlı tammetrajlı 4 seriyalı sənədli filmin istehsalına başlanılıb.

Studiyadan AZƏRTAC-a bildirilib ki, arxiv materiallarına istinad ediləcək filmdə “Qarabağ” futbol klubunun yaranması, Bakıda fəaliyyəti və dünya futbol komandaları ilə bir arenada oyunları əks olunacaq. Filmin ssenari müəllifi İsmayıl Səfərəli, rejissoru Fuad Quliyevdir.