Oktyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun mərkəzi qarşılaşması keçirilib.
Trend-in məlumatına görə, günün ikinci martçında “Qarabağ” son çempion “Neftçi”ni qəbul edib.
“Azersun Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşə “köhlən atlar” daha üstün başlayıb. Matçın 10-cu dəqiqəsində Filip Ozobiç meydan sahiblərini hesabda önə keçirib. Dörd dəqiqə sonra isə Abdullah Zubir “ağ-qaralar”ı növbəti dəfə mərkəzə dəvət edib. F.Ozobiç 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.
“Neftçi”nin müdafiəçisi Ömər Buludov 37-ci dəqiqədə zədələndiyi üçün görüşə davam edə bilməyib. Onun yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub. Qarşılaşmanın 90+2-ci dəqiqəsində Marko Vesoviç komandasının 4-cü qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran “Qarabağ” vahid lider olub. Qonaqlar isə 17 xalla ikinci sıradadır.