“Report”un məlumatına görə, Azərbaycan çempionu Almaniyada “Bayer 04″ün qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 3:2.
“Köhlən atlar”da 58-ci dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Olavio Juninyo fərqləniblər. 62-ci dəqiqədə Ağdam klubunda Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
72-ci dəqiqədə Leverkuzen təmsilçisində Ceremi Frimponq fərqi azaldıb. 90+3-cü dəqiqədə Patrik Şik hesabı bərabərləşdirib. Çexiyalı hücumçu 90+8-ci dəqiqədə isə qələbə qolunu vurub.
Bakıdakı ilk matçda rəqibi ilə 2:2 hesablı heç-heçə edən “Qarabağ” turnirlə vidalaşıb.