Gülyaz ƏLİYEVA
Nəyim qaldı,
Bilirsənmi?!
Evim qaldı, kəndim qaldı
Elim qaldı ,günüm qaldı
Şirin -şirin dilim qaldı
Üzümdəki təbəssümüm ,
Ürəkdən gülüşüm qaldı
Səhər erkən duruşlarım ..
Şehə düşən izim qaldı .
Kol dibində tək bənövşəm
Qəfəsdə bülbülüm qaldı
İsti çörək bişirdiyi
Nənəmin təndiri qaldı ,
Babamın beli büküldü ,
Əlində xəncəri qaldı
Atam atını buraxdı ,
Yerində kəndiri qaldı
Əmimin çuxası qaldı ,
Anamın pak xəmir teşti
Qardaşımın qıçı qaldı ,
Dayımın bir qolu qaldı
Adaxlımın meyidi qaldı
Kola ilişib saçım qaldı
Od üstündə sacım qaldı
Çıxhaçıxda toyum qaldı
Bir gündə getdi gəncliyim,
Yerində bir qarı qaldı
Sevgim qaldı ,gətirəmmədim
Eşqim qaldı , gətirəmmədim
Ürəyim qaldı , gətirəmmədim
Yurdum qaldı, gətirəmmədim
Meyidim qaldı , gətirəmmədim
Qəbrim qaldı gətirəmmədim
Yuad yerim orda qaldı
Alln tərim orda qaldı
İşlək əlim orda qaldı .
Vuran qolum orda qaldı
Dəyanətim orda qaldı
Ləyaqətim orda qaldı
Arzularım bir -bir öldü
Tabutları orda qaldı
Diləyim orda qaldı
Ələyim olda qaldı
Xəzan vurub tökdüyü
Güllərim orda qaldı
Şən nəğmələr söyləyən
Dillərim orda qaldı
Gözəl günüm orda qaldı ,
Ölüm -dirim orda qaldı ,
Qazan xanın əmanəti
Ağban evim orda qaldı
İgidlər öldü uğrunda
Gözəl Ağdam orda qaldl….
Daha sənə nə söyləyim ?!
Nəyim vardı, orda qaldı