- Mədəniyyət

Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Sentyabrın 23-də Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova sentyabrın 5-də Beqijon Ahmedovun “Dərviş” kitabının təqdimatında bildirib.

Fondun prezidenti deyib: “Sentyabrın 23-də Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Tədbirin təşkilində əsas məqsəd türk xalqlarının mədəniyyətlərini birləşdirməkdən ibarətdir”