- Cəmiyyət

Qazaxıstanda iğtişaşlar zamanı 6 minə yaxın adam saxlanılıb

Qazaxıstan hüquq-mühafizə orqanları iğtişaşlar zamanı 6 minə yaxın insanı saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Hazırda 125 cinayət işi açılıb, 5,8 min nəfər polisə gətirilib, onların arasında xeyli sayda əcnəbi var”, – məlumatda deyilir.

Ölkənin bütün rayonlarında vəziyyətin sabitləşdiyi, əməliyyat şəraitinə tam nəzarətin bərpa edildiyi, hüquq-mühafizə orqanları tərəfindən əvvəllər zəbt olunmuş bütün inzibati binaların azad edildiyi, kommunal obyektlərin işinin davam etdirildiyi bildirilir.

“Kasım-Jomart Tokayev vurğulayıb ki, güc strukturları ölkədə ictimai asayişin və təhlükəsizliyin tam bərpası üçün bütün lazımi tədbirləri görəcək”, – mətbuat xidməti qeyd edib.