- Mədəniyyət

Qazaxlarda adqoyma

Uşağın dünyaya gəlməsi qazaxların həyatında ən böyük sevincdir. Hətta belə bir atalar sözü var: “Uşaqlı ev xoşbəxtdir, uşaqsız ev məzar kimidir”.

Körpə doğulduqdan dərhal sonra onu qoca bir adamın və ya çoxuşaqlı ailədən olan uşağın paltarından hazırlanmış təmiz parçaya bükürlər. Daha sonra uşağa “it koylek” (it köynəyi) adlı xüsusi köynək geyindirilir və bütün mərasimlər tamamlandıqdan sonra ona adi paltar geyindirilir.

Uşağın həyatının ilk qırx günü xüsusi bir vaxt hesab olunur, çünki bu dövrdə körpələr qara qüvvələrin təsirinə çox həssas olurlar. Körpənin beşiyinin yanında bütün pislikləri dəf etmək üçün həmişə bir işıq yandırılır. Bu dövrdə yeni doğulmuş körpənin həyatında mühüm rol onun xaç anası “kındıq şeşe”yə (göbək anası) verilir. İnanclara görə, onun güclü və yaxşı keyfiyyətləri uşağa ötürülür. Xüsusi qeyd olunan günlərin hər birində – birinci, üçüncü, beşinci, yeddinci və qırxıncı günlərdə “kındık şese” fəxri qonaq olub, ana və körpəyə hədiyyələr gətirir. “Beşik salu” mərasimi – uşağı beşiyə qoymaq da ona həvalə olunurdu. Göbək anası uşağın üstünü yeddi şeylə örtür. Əgər oğlandırsa, üzərinə qamçı və bıçaq, qız isə kiçik güzgü və daraq qoyulur.

Qırxıncı gün “kolja” mərasimi keçirilir. Bu zaman bir qoyun qurban kəsilir, ətindən yemək hazırlanır. Ziyafətdə iştirak edən qonaqlar növbə ilə boyun fəqərəsindən əti dişləyirdilər. Bunu ilk dəfə zahı qadın, sonuncu dəfə isə göbək anası edir.

Qırxıncı gün də uşağı altına sikkələr və zinət əşyaları qoyulmuş, duzlu su olan qabda yuyurlar. Körpə çimizdirildikdən sonra qırx qaşıq xüsusi mərasim suyu ilə isladılır və mərasimdə iştirak edən qadınlar hədiyyə olaraq qabdan zinət əşyalarını götürürlər. Bundan əlavə, həmin gün ilk dəfə uşağın dırnaqları və saçı kəsilir.

Sonra körpəyə “at koyü” və ya “azan şakıru” mərasimi gəlir. Bu məqsədlə kəndin ağsaqqalları toplaşır, qohumların böyüyü uşağın adını açıqlayır. Bundan sonra molla dua oxuyur və körpənin adını üç dəfə onun qulağına deyir.

Uşaq müstəqil yeriməyə başlayanda “tusau kesu” mərasimi keçirilir. Körpənin ayaqları ağ-qara yun iplə bağlanır və çoxuşaqlı hörmətli bir qadın bağları kəsir. Qaytan yandırılır və bundan sonra uşağın həyatında yeni bir mərhələyə qədəm qoyduğuna inanılır.

orexca, com saytının materialları əsasında hazırladı Kim BİLİR