- Mədəniyyət

Qazaxlarda Naurız – baharda yenilənmə bayramı

Qazaxıstana bahar martın 21-də gəlir. Məhz bu əlamətdar gündə təkcə təbiətin yenilənməsini göstərən Naurız bayramı qeyd olunur. Qazaxıstanda Naurız bərəkət, dostluq və sevgini rəmzləşdirir. Bu günlərdə insanlar gözəl və təmiz geyinir, ailə və dostlarını ziyarət edir və onlara xoş arzularını çatdırırlar. Şərq xalqları üçün Novruz Yeni illə eynidir, çünki hər iki bayram yeni həyatın xəbərçisi hesab olunur.

Naurızı Şərq xalqları islamdan əvvəl də qeyd ediblər. Elə indinin özündə Şimali Hindistanda sərt qışın bitməsi bayram edilir. Misirdə yazın başlanğıcı Cam en-Nessim adlanır; İsraildə yağışlı mövsümün sonu Tu Bişvat bayramı ilə qeyd edilir.

Naurız bu gün dini bayram deyil, bayram günlərində Qazaxıstanda insanlar mahnı oxuyur, rəqs edir, həmçinin xalq oyunlarında və bayram şənliklərində iştirak edirlər.

Novruz bayramında hər bayram süfrəsində naurız-koje adlı ənənəvi yeməyin olması vacib hesab olunur. Qazaxlar inanırlar ki, Novruz bayramında insan bu xörəyi doyunca yeməlidir, onda il bolluqla keçəcək. Naurız-koje yeddi inqrediyentdən hazırlanmış doyumlu, zəngin şorbadır: ət, su, un, yağ, darı (düyü və ya qarğıdalı ilə əvəz edilə bilər), duz və süd. Yeməyin hər bir komponenti həyatın yeddi prinsipindən birini simvollaşdırır: böyümə, uğur, xoşbəxtlik, varlılıq, sağlamlıq, müdriklik və göylərin qoruması.

Yemək belə hazırlanır: əvvəlcə bir tava süd qaynadılır və qaymağı alınır. Süd bişəndən sonra şəkər əlavə edib, təxminən 15 dəqiqə qapağını örtürlər. Bu müddətdən sonra buğda, qarğıdalı, darı, noxud, düyü kimi yeddi növ qida maddəsi ayrı bir qabda süd və ətlə qarışdırılır və yenidən qaynadılır.

Novruz ümumiyyətlə rəmzlərlə doludur. Belə ki, yeddi rəqəminin Naurız bayramında xüsusi əhəmiyyəti var – Nauryz-köjedə yeddi inqrediyent olur, sonra onu yeddi qaba tökür və müdrik ağsaqqalların qarşısına qoyurlar. Hər kəs öz evinə yeddi qonaq dəvət etməli, eləcə də özü yeddi evə getməlidir.

Novruz bayramında madyan südündən hazırlanan qımız da içirlər. Ənənəvi olaraq bu gün insanlar bir-birini “Köktem tudı!” (baharın gəlişi mübarək) sözləri ilə təbrik edir. Novruz bayramında Qazaxıstanda akın adlandırılan hazırcavab şairlərin yarışları, bundan başqa, xalq güləşi, “toğuz kumalak” adlı məntiq oyunu və təbii ki, “qız-kuu” və “bayqa” kimi atçılıq oyunları keçirilir.

. Aktyorlar küçələrdə teatr tamaşaları və səhnələr nümayiş etdirirlər. Bu gün də qeyd olunan Novruz bayramının digər qədim ənənəsi “altıbakan” adlanır. Qızlar və oğlanlar söhbət etmək və yelləncəklərdə yellənmək üçün bir yerə toplaşırlar.

Yazını İnternet materialları əsasında Kim BİLİR hazırlayıb