Rusiyanın “Qazprom” şirkəti Moldovaya noyabrın 22-də ödənilməli olan məbləği ödəmədiyi təqdirdə 48 saat ərzində bu ölkəyə qaz verilməsini dayandıracağı barədə xəbərdarlıq edib.
Modern.az “RİA Novosti” agentliyinə xəbər verir ki, bu barədə şirkətin mətbuat katibi Sergey Kupriyanov məlumat verib.
Onun sözlərinə görə, noyabrın 22-də ödəniş edilmədiyi təqdirdə müqaviləyə uyğun olaraq Moldovaya qaz nəqlinin dayandırılması baş verə bilər.
“Heç bir ödəniş yoxdur. Bununla əlaqədar olaraq, bu gün “Qazprom” müqaviləyə uyğun olaraq Moldova tərəfinə qazın nəqlinin 48 saat ərzində dayandırılacağı barədə məlumat verib”, – deyə Kupriyanov bildirib.
“Moldovaqaz”ın rəhbəri Vadim Çeban bildirib ki, şirkət artıq “Qazprom”dan bildiriş alıb və tarifə gec baxıldığından yaranan borcun ödənilməsi problemi üzərində işləyir.