Bassa da düşmən hər tərəfini,
Canını yox, qoru şərəfini.
***
Yumşaq olsa da aslanın pəncəsi,
Ola bilməz öküzə təsəllisi.
***
Varın var – qürrələnmə,
Varın yox – qüssələnmə.
***
Aslandan qorxan qartal,
Siçan və quş ovlar.
***
Müdriki dindir dillə,
Axmağa yetər şillə.
***
Qəribədir, belə də olur,
Müdirkdən də həpənd doğulur.
***
Dost dostla söyüşər,
Düşmənlər gülüşər.
***
Keçər azar, keçər bezar da,
Ancaq adət qalar canında.
***
Bazar boş olsun, bol olsun,
Kasıba bundan nə olsun?!
***
Qəssab baxar cöngəyə,
Düşünər yağını.
Cöngə baxar qəssaba,
Düşünər canını.
***
İtlər, bir də ki qorxaqlar,
Damlarından uzaq durmazlar.
***
Buzovunu axtarmadı bəy öz sürüsündən,
Sonuncu malını dartıb aldı rəiyyətdən.
“Müdriklik karvanı” kitabından seçmələr
Rus dilindən tərcümə etdi Aygün ƏZİZ