Bu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələrinin humanitar yardımı daşıyan karvanı idi.
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Donbasda konvoyunun atəşə tutulmasını təkzib edib.
Bu barədə BQXK-nın Ukraynadakı nümayəndə heyətinin spikeri Oleksandr Vlasenko RBC-Ukraynaya məlumat verib.
Təşkilat onların avtomobilinin Şçastya keçid məntəqəsi ərazisində olmadığını vurğulayıb.
“Bu məlumat həqiqətə uyğun deyil. Bu gün konvoylarımız qeyd olunan ərazidə olmayıb”, – deyə o bildirib.