- Mədəniyyət

“Qızıl ağızlı” küp Türkiyəyə təhvil verilib

Vaxtı ilə qeyri-qanuni yollarla Türkiyədən çıxarılan “qızıl ağızlı” küp İngiltərənin “Gilbert İncəsənət Fondu” tərəfindən Anadolu Mədəniyyətləri Muzeyinə qaytarılıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, “Hatti” dövrünə məxsus 4 min ildən artıq yağı olan küpün geri qaytarılması münasibətilə Ankara Anadolu Mədəniyyətləri Muzeyində mərasim keçirilib.

Əsərin geri qaytarılması prosesi ilə bağlı məlumat verən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyl bildirib ki, bu əsər 1989-cu ildə “Gilbert İncəsənət Fondu”nun təsisçisi Ser Artur Gilbert tərəfindən alınıb. Təbii ki, o zaman onun qeyri-qanuni mənşəyindən xəbəri yox idi. Daha sonra əsər qorunmaq üçün “Viktoriya və Albert Muzeyi”nə həvalə edilir. Uzun illər bu muzeydə saxlanılsa da, Gilbert Fondu mənşə araşdırması tələb edir. Budan sonra əsərin Türkiyəyə məxsus olduğu üzə çıxıb.