Bir gün ravvin Xaim pəncərədən küçəyə baxırdı. Küçədən keçəni görüb ona evə girməyi işarə etdi. Küçədən keçən evə daxil olandan ravvin ondan soruşdu:
– Əgər sən küçədə qızıl pulla dolu kisə tapsan, onu sahibinə qaytarardın?
– Əgər mən onu sahibinin kim olduğunu bilsəm, mütləq qaytararam.
Bunun cavabında ravvin küçədən evə çağırdığı adama «sən axmaqsan» – dedi.
Bundan sonra ravvin yenidən pəncərəyə yaxınlaşıb küçədən keçən başqa bir nəfəri evə çağırıb eyni sualı ona da verdi. Həmin adam axmaq olmadığını və pulu sahibinə qaytarmayacağını dedi. Belə cavabdan sonra ravvin onun pis adam olduğunu bildirdi və üçüncü adamı evə çağırdı. Üçüncü adamın isə buna cavabı belə oldu:
– Ravvin, mən hardan bilim ki, pulu tapandan sonra necə adam olacam və özümü pis işlərdən qoruya biləcəmmi? Bəlkə, pis iradə üstün gələcək və mən özgəsinin pulunu mənimsəyəcəm. Bəlkə də, Allah yardımçı olacaq və tapdığımı onun əsl sahibinə qaytaracam?
Bu sözləri eşidən ravvin razı qaldı:
– Çox yaxşı sözlərdi. Sən əsl müdriksən.