- Mədəniyyət

“Qızıl qlobus” mükafatının təqdimat mərasimi televiziya vasitəsilə yayımlanmayacaq

“Qızıl qlobus” mükafatının təşkilatçıları gələn bazar günü heykəlciklərin təqdimetmə mərasimini yayımlamayacaqlar.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat verib.

Məlumatda bildirilib ki, mükafatlandırma mərasimi bu il fərdi xarakter daşıdığından televiziyada yayımlanmayacaq. Qeyd olunub ki, qaliblər haqqında məlumat təşkilatçıların sosial şəbəkələrdəki hesabları vasitəsilə dərc olunacaq.