- Mədəniyyət

“Qızıl toy” komediyası yenidən səhnədə

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımi olan “Qızıl toy” musiqili komediyası nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, rejissor Yusif Əkbərovun quruluş verdiyi tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssamı Gülnarə İbadova, quruluşçu baletmeysterləri Zakir Ağayev və Yelena Ağayevadır.

Mayın 21-də göstəriləcək müasir zaman üçün aktual olan səhnə əsərinin əsas qayəsində Vətənə məhəbbət dayanır.

Əsərə ilk səhnə həyatını 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib.

Qeyd edək ki, biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova