- Mədəniyyət

“Qobustan dünyası” jurnalının və jurnalın rəsmi saytının təqdimatı olacaq

Fevralın 18-də Beynəlxalq Muğam Mərkəzində Qobustan Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalının, jurnalın rəsmi saytının və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” cizgi filminin təqdimat mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə həmçinin Qobustan abidələrindən bəhs edən fotosərgi təşkil olunacaq.