- Mədəniyyət

“Qobustan” sənət toplusunun yaz nömrəsi işıq üzü görüb

“Qobustan” sənət toplusunun yaz nömrəsi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, dərgi 8 Mart-Beynəlxalq Qadınlar Günü ərəfəsində sənətin müxtəlif yönlərində tanınmış Azərbaycan qadınlarına həsr edilib. Burada öz sahəsində ilklərə imza atmış XIX-XX əsrin qadın simaları da var, müasir xanımlar da… Rəssamlıq sənətimizdə fırçaları ilə rəngarəng izlər buraxmış xanımlar, yaxud kino, teatr sahəsində özünəməxsus yeri olan aktrisalar haqqında müxtəlif məqalələrin yer aldığı dərgidə müəlliflər də qadınlardır…

Tanınmış yazıçı Təranə Vahid “Odla təmas və ya zərif qanadların uçuşu” məqaləsində sənətin müxtəlif yönlərində birinci olan xanımlardan yazır. Dərgi yazıçı Günel Anarqızının ad gününü Narıngül Nadirin məqaləsi ilə təbrik edir. Kəmalə Səlim Müslümqızı “Cənubi Azərbaycanın xatunu”ndan, Pərvin Etisamidən söz açır. Gənc filoloq Xumar Paşazadə Nurəngiz Gün haqda məqaləsində şairənin ömür və yaradıcılıq yoluna nəzər salır.