Cahizin “Kitəbul Buxələ” – “Xəsislər haqqında kitab“ əsərindən
Bir şəxs xəsis bir dostunun evinə qonaq gəlir. Qonaq evə girər-girməz ev sahibi oğlunu səsləyir:
– Oğlum, qəlbimə məhrəm olan bir əziz qonağımız var. Get, yarım kilo yaxşı ət alıb gətir.
Oğlan gedir və bir az keçəndən sonra heç nə almamış qayıdır. Atası soruşur:
– Ət hanı?
Oğlan deyir:
– Qəssabın yanına getdim və dedim ki, bizə yaxşı ət ver. Qəssab dedi:
– Sənə yağ kimi ət verəcəyəm. Öz-özümə dedim. Əgər belədirsə, nə üçün ətin yerinə yağ alım. Ondansa gedim yağ alım. Getdim baqqala. Dedim, mənə yaxşı yağ ver. Baqqal dedi, sənə doşab kimi yağ verəcəyəm. Dedim, iş belədirsə, yaxşısı budur, doşab alım. Doşab satanın yanına getdim. Dedim ki, bizə ən yaxşı doşabdan ver. Kişi dedi: “Sənə şəffaf su kimi doşab verəcəyəm”. Öz-özümə dedim ki, əgər belədirsə, şəffaf su evimizdə də var. Ona görə heç nə almayıb evə qayıtdım.
Atası dedi:
– Ay səni zirək oğlum, amma bir yerdə səhv eləmisən. Ayaqqabını o dükandan bu dükana gəzərək sürtmüsən.
Oğlu dedi:
– Atacan, narahat olma, qonağın ayaqqabısını geyinmişdim.
Cahizin “Kitəbul Buxələ” – “Xəsislər haqqında kitab“ əsərindən
Xurşid Banu hazırlayıb