Yanvarın 31-də Los-Ancelesdə keçirilməsi nəzərdə tutulan “Qremmi mükafatları”nın təqdimat mərasimi koronavirusun “omikron” ştamının sürətlə yayılmasına görə təxirə salınıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Səsyazma Akademiyasının rəsmi səhifəsində yerləşdirilib.
Qeyd olunub ki, ölkədə yararınmış vəziyyəti təhlil etdikdən sonra Səsyazma Akademiyası və “CBS” telekanalı 64-cü “Qremmi mükafatları”nın təqdimatını təxirə salıb.
Təşkilatçıların dediyinə görə, mükafatlandırma mərasiminin tarixi yaxın günlərdə açıqlanacaq.