- Cəmiyyət, Manşet

Qubada Türkiyə-Azərbaycan dostluq parkının açılışı olub

Qubada Türkiyə-Azərbaycan dostluq parkının açılışı olub.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclisin deputatları Qənirə Paşayeva, Əhliman Əmiraslanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak ediblər.

Səfir C.Bağçı Dostluq parkının açılışını Türkiyə-Azərbaycan qardaşlarığının yaşadılmasına yönəlik addım kimi qiymətləndirib: “Gənc nəslin bu qardaşlığın nə anlama gəldiyini görmək üçün yaxşı örnəkdir. Bütün dünya gördü ki, iki ölkə qardaşlığı fərqlidir. Bu fərqi Vətən müharibəsi zəfərində ortaya qoyduq. Bundan sonra da daha güclü qardaşlıq üçün çiyin-çiyinə çalışacağıq”.