- Köşə

Qurbanı olduğum gözlər…

 

Gülyaz ƏLİYEVA

Bir cüt gözlər… Ulduz kimi baş-başa verib işıldayan gözlər. Sənin gözlərin… Vətənə həsrət, sevdiklərinə həsrət qapanan gözlər, qurbanı olduğum gözlər. Sevgi dol, həyat dolu, mərhəmət, inam dolu, işıq saçan gözlərin belə tez qapanacağına, o işığın qəfil sönəcəyinə, sönməsi ilə dünyamızı da qaranlıqlara qərq edəcəyinə kim inanardı axı?! …Kim inanardı ki, sevdiklərinə əzab verməyə, dünyaların qaraltmağa qıyarsan?!

Yenə şirin, ,acı, nisgilli, sənli xatirələrin axşamın alatoranında ləşkər qurub üstümə hücuma keçiblər! Necə tab gətirim buna?!

Bir cüt gözlər. Mənə baxan gözlər. Hər zaman məni izləyən, zəhmini, sevgisini, qayğısını öz üzərimdə hiss etdiyim bir cüt mənalı, həsrətli, nisgilli ala gözlər… Torpaq həsrətli, Vətən dərdli, Qarabağ nisgilli, ümid, inam dolu işıqlı gözlər, nədən üstünə kölgə düşdü, nədən tez qapandı?! Nədən?! Kimi gözlər, kimi anardı o gözlər son anında?!…

Qurbanı olduğum gözlər ..

Vətən yolunda qapanan o gözlər qapanaraq yerdəki xəyanətlırdən bezib, ölümsüzlüyə qovuşdu, Vətən göylərinə çəkilib indi oradan bizə baxır, yolumuza işıq saçır. Neçə-neçə Vətən eşqi ilə alışıb-sönən ulduz gözlər… Şəhid olmuş gözlər…