- Cəmiyyət, Manşet

Rəsmi Kiyevdən xəbərdarlıq: “Müharibə tezliklə Rusiya ərazisinə keçəcək”

“Müharibə tezliklə Rusiya ərazisinə keçəcək”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O bildirib ki, buna görə Moskva məsuliyyəti daşıyır: “Çünki müharibənin müəllifi Rusiyadır. Rusiyada baş verəcək hər şey obyektiv tarixi prosesdir. Daha çox naməlum pilotsuz uçuş aparatları, daha çox çöküş, daha çox vətəndaş qarşıdurmaları…”.

Qeyd edək ki, son zamanlar Ukrayna PUA-larla Rusiya ərazisinə, o cümlədən paytaxt Moskvaya zərbələr endirib.