İran prezidenti İbrahim Rəisi Tehrana qarşı hər hansı addım atacağı təqdirdə İsraili “sərt cavab” veriləcəyi ilə hədələyib.
Modern.az xəbər verir ki, Rəisi bu barədə İran silahlı qüvvələri günündə çıxışı zamanı bildirib.
O qeyd edib ki, İrana qarşı hər hansı kiçik hərəkət ordunun kəskin reaksiyasına səbəb olacaq. Rəisi İsrailin hücumuna cavab olaraq Hayfa və Təl-Əviv şəhərlərinin dağıdılacağını deyib.
Rəisi ABŞ-ın Yaxın Şərqdən çıxmasını tələb edib. Eyni zamanda o bildirib ki, İran ordusu təhlükəsizliyin təmin edilməsində maraqlı olan regional dövlətlərlə “əl sıxışır”.