- Cəmiyyət, Manşet

R.T.Ərdoğan: “Vaxtilə bizə bir tapança belə verməyən dövlətlərə silah tədarük edirik”

“Türkiyə vaxtilə ona bir tapança belə verməyən dövlətlərə indi silah tədarük edir”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “IDEF-2023” sərgisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indi Türkiyənin müdafiə sanayesində xaricdən asılılığı cəmi 20 faizdir: “Hakimiyyətə gələndə isə xaricdən asılılığımız 80 faiz idi. Terrorçularla mübarizə aparmaq üçün bizə silah vermirdilər”.

Ərdoğan söyləyib ki, indi Türkiyə öz PUA-larını, gəmilərini istehsal edir.