Rafael Hüseynov Milli Məclis sədrinin müavini olub.
APA-nın xəbərinə görə, Rafael Hüseynov VII Çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında bu posta seçilib.
Rəfael Hüseynov parlamentdəki azlığın nümayəndəsi kimi bu postda təmsil olunacaq.
Qeyd edək ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb. VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.