- Cəmiyyət, Manşet

Ramiz Mehdiyevin istefası qəbul olunub

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı keçirilib.
Yığıncaqda AMEA prezidenti Ramiz Mehdiyev çıxış edib.

Daha sonra Nizamnaməyə uyğun olaraq akademik Ramiz Mehdiyevin Akademiya prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin yekunu olaraq Ramiz Mehdiyevin müraciəti qəbul olunub.

Qərar qəbul edildikdən sonra AMEA Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq Akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.