- Cəmiyyət

“Real” klubu öz rekordunu yeniləyib

İspaniyanın “Real” klubu öz rekordunu yeniləyib.

“Report”un məlumatına görə, Madrid təmsilçisi La Liqada 21 matçda qol buraxmayıb.

“Kral klubu” son olaraq XXXVIII turda “Betis”lə qolsuz heç-heçə edib.

Əvvəlki rekord 1986/1987, 1987/1988, 2019/2020 mövsümlərində olub. Həmin vaxtlarda komanda 19 görüşdə qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, La Liqada çempion olan “Real” cəmi bir dəfə məğlub olub.