UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə bu gün yekun vurulub.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə son yarımfinalçılar müəyyənləşib.
“Real” doğma meydanda “Arsenal”la üz-üzə gəlib.
“Bavariya” klubu isə İtaliyada “İnter”in qonağı olub.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel
Real” (İspaniya) – “Arsenal” (İngiltərə) 1:2
İlk oyun – 0:3.
“İnter” (İtaliya) – “Bavariya” (Almaniya) 2:2
İlk oyun – 2:1.
Beləliklə, “Real” və “Bavariya” mübarizəni dayandırıb, “Arsenal” və “İnter” isə yarımfinala vəsiqə qazanıb.
1/4 finalın dünən keçirilmiş digər cavab oyunlarının nəticələrinə əsasən, “Barselona” “Borussiya”nı, PSJ isə “Aston Villa”nı yarışdan kənarlaşdıraraq, yarımfinala çıxıb.
Yarımfinalda “Barselona” “İnter”lə, “ Arsenal” PSJ ilə qarşılaşacaq.