Oktyabrın 22-də “Rebuild Karabakh” – Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” sərgisində mədəni proqram təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Mahnı və Rəqs Ansamblının rəqqasları “Cəngi”, “Uzundərə”, “Naz eləmə”, “Sarı gəlin”, “Yallı” rəqslərini ifa ediblər. Bundan başqa muğam üçlüyü tərəfindən solo ifalar, “Xudayar”, “Bayatı-Şiraz”, “Mahur”, Segah təsnifləri, “Qarabağ şikəstəsi” səsləndirilib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “Caspian Event Organisers” (CEO) şirkəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə təşkil edilən tədbir sərgi ziyarətçiləri, təşkilatçılar və qonaqlar tərəfindən məmnunluqla qarşılanıb.