- Cəmiyyət, Manşet

Reznikov: “Kiyevdə 18 min avtomat paylanıb, Qərbdən silahlar gəlir”

Artıq paytaxt sakinlərinə 18 min avtomat  paylanıb ki, onlar şəhəri rus işğalçılarından qoruya bilsinlər.
Kamilinfo ukraine.segodnya.ua-ya istinadən bildirir ki, bu barədə müdafiə naziri Aleksey Reznikov Facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, ərazi müdafiəsinə qoşulmaq və əllərində silah olan rus işğalçılarının qarşısını almaq istəyənlərin sayı artır və daha çox silah gəlir.

O həmçinin qeyd edib ki, gecənin çox hissəsini daimi dəstək verən dövlətlərin müdafiə nazirləri ilə söhbət edib.

“Dünyanın reaksiyası getdikcə aydınlaşır. Tezliklə biz müasir silahlar və tərəfdaşlarımızın digər resursları şəklində əlavə möhkəmləndirmə alacağıq”, – nazir əlavə edib.