- Cəmiyyət, Manşet

Robert Mobili: “Erməni vandalizmini Xudavəngdə, Ağoğlanda, hər yerdə gördük”

“Bu, işğaldan azad edilmiş torpaqlara ilk səfərim deyil, dörd səfərim olub. Bu gün dini konfessiya rəhbərləri birinci dəfə Ağdama səfər edirlər. Şeyxə təşəkkür edirəm ki, işğaldan azad olunmuş Qarabağa, Ağdama gəldik. Qarabağda olan dini abidələrin ermənilər tərəfindən saxtalaşdırılması, İslamla bağlı tarixi abidələrin məhv edilməsi dəhşətlidir”.

APA-nın xəbərinə görə, bunu Alban-Udin Xristian İcmasının sədri Robert Mobili bildirib.