“Qədim Tuğ kəndində olan məbədlərə bizim birinci ziyarətimizdir”.
Bunu APA-nın yerli bürosuna Alban-Udi xristian dini icmasının sədri Robert Mobili deyib.
“Bu gün biz qədim Alban kilsələrinə məxsus olan, Azərbaycan mədəni irsini ziyarət edirik. Mən çox sevinc hissi keçirirəm ki, Allah qismət etdi bu yerləri gördük. Müşahidəmiz onu göstərdi ki, ermənilər buranın çox hissəsini dağıdıb, zəng guşələrini dəyişərək saxtalaşdırıblar”, – deyə dini icma sədri əlavə edib.