- Cəmiyyət, Xəbərlər

Roman Saley: “Qələbələrimi qalib Azərbaycan xalqına həsr edirəm”

“Qalib gəldiyim üçün Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimova təşəkkür etmək istərdim”.

Bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında 3 qızıl medal qazanan Azərbaycanın para-üzgüçüsü Roman Saley Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.

3 qat paralimpiya çempionu karyerasına Azərbaycan yığmasında başladığını xatırladıb: “Qələbələrimi qalib Azərbaycan xalqına həsr edirəm. Hamınız çox sağ olun”.

Qeyd edək ki, Roman Saley 100 metr məsafəyə sərbəst, arxası üstə və batterflay üsulu ilə üzmədə birinci yeri tutub. (report)

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova