- Cəmiyyət

Ronaldu karyerasında 900 qol vuran ilk futbolçu olub

Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Millətlər Liqasının qrup mərhələsində Xorvatiya ilə oyunda qol vurub.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Ronaldu üçün bu qol karyerasında 900-cü olub. O, tarixdə bu rekorda çatan ilk futbolçu olub. Hücumçu İspaniyanın “Real” komandasında 450 qol vurub, 131 qolla Portuqaliya millisinin bombardiridir. O, həmçinin İngiltərə “Mançester Yunayted”ində 145, İtaliya “Yuventus”unda 101, Səudiyyə Ərəbistanı “Əl-Nəsr”ində 68, Portuqaliya “Sportinq”ində 5 qol vurub.

FIFA-nın məlumatına görə, Ronaldu 2022-ci ilin martında rəsmi oyunlarda vurduğu qolların sayına görə avstriyalı və çexoslovakiyalı hücumçu Yozef Biçanı keçərək, ən məhsuldar futbolçu olub. Biçan təxminən 805 qolun müəllifidir, vurulan qolların dəqiq sayı məlum deyil. O, 1931-1957-ci illərdə oynayıb.

Ronaldunun 39 yaşı var, o, Çempionlar Liqasının 5 qat qalibi, Avropa çempionu və Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur. O, 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir.