Yaponiya istehsalı olan “Ruhlarla sovrulanlar” (ing. Spirited away) cizgi filminin Berlin Film Festivalında nümayişindən 20 il ötür. Film məhz bu festivalda dünya kinosuna verdiyi töhfəyə görə “Qızıl Aslan” mükafatı ilə mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, Hayao Miyazakinin ssenarisi əsasında hazırlanmış cizgi filmi nəinki uşaqların, hətta böyüklərin böyük marağına səbəb olub. Film indi də həvəslə izlənir.
Cizgi filmində 10 yaşlı Çihiro Ogino adlı qızcığazın həyatından bəhs olunur. Onun ailəsi başqa evə daşındıqdan sonra maraqlı hadisələr baş verir. Qızın valideynləri cadugər Yubaba tərəfindən donuza çevrilirlər. Çihiro özünü və valideynlərini xilas etmək, normal həyata qayıtmaq üçün yollar axtarır.
Qızcığaz çıxış yolunu cadugərin hamamında işə düzəlməkdə görür.
Filmin tez bir zamanda tənqidçilər və tamaşaçılar arasında böyük uğur qazanması ən gəlir gətirən filmə çevrilir. Film Yaponiyaya təxminən 274 milyon ABŞ dolları gəlir gətirməklə həmin dövrdə dünyanın ən çox gəlir gətirən “Titanik” filmini geridə qoyur və ümumilikdə ölkəyə 30,4 milyard xeyir verir.
Qeyd edək ki, Hayao Miyazaki məhz bu cizgi filminə görə “Oskar” mükafatına layiq görülüb.