- Mədəniyyət

Rumıniyada türkdilli ölkələrin müstəqilliyinə həsr olunan konsert və fotosərgi böyük maraqla qarşılanıb

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Rumıniyanın Köstencə və Craiova şəhərlərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın dövlət müstəqilliklərinin bərpasının otuzuncu ildönümü münasibətilə “Türk dünyasından melodiyalar” şüarı altında konsert və fotosərgi təşkil edib.

TÜRKSOY-un katibliyindən AZƏRTAC-a verilən məlumata görə, hər iki şəhərdə təşkil olunmuş konsert proqramlarında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan gələn musiqiçilərin rəngarəng ifaları dinlənilib. Azərbaycanlı tarzən Sahib Paşazadənin muğam ifaları da musiqisevərlərin hərarətli alqışları ilə qarşılanıb.

Konsert proqramlarında türkdilli ölkələri Rumıniyada təmsil edən diplomatlar, o cümlədən səfir və baş konsullar, yerli hakimiyyət orqanlarının təmsilçiləri və rumıniyalı millət vəkilləri tamaşaçılar arasında olublar.

Türkdilli ölkələrin müstəqilliyinə həsr olunan konsert və fotosərgi Rumınıya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.