Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində martın 7-9-da Uilyam Şekspirin ölümsüz “Hamlet, Danimarka şahzadəsi” pyesi əsasında hazırlanmış “Hamlet” tamaşasının premyerası olacaq.
AZƏRTAC xəbər verir ki, quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovski olduğu tamaşanın quruluşçu rəssamı Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq dizayneri Nikolay Rudıçev, bəstəkarı Anar Yusufov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, vizajçı Yekaterina Maşkovadır.
Tamaşada rolları Əməkdar artistlər Murad Məmmədov, Teymur Rəhimov, Salman Bayramov, Həcər Ağayeva, Mariya Dubovitskaya, teatrın digər aktyorları ifa edirlər.